Şənbə , İyun 20 2026
azfa

İsa Kələntəri: “Urmiya gölü qurumadı, bəlkə quruduldu”

GADTB: İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının keçmiş rəhbəri İsa Kəlantəri Urmiya gölünün qurumasının sadəcə təbiət hadisəsi və qlim dəyişiliyinin nəticəsi olmadığını bildirib: “Urmiya gölü qurumadı, quruduldu”.

O, Urmiya gölünün mövcud vəziyyətini fəlakətli adlandıraraq, gölün təbii yolla deyil, dövlət siyasətinin nəticəsi olaraq qurudulduğunu bildirib.

Kəlantəriyə görə, hazırda göldə cəmi 100 milyon kubmetr duzlu su qalıb və bu da təxminən 200 kvadrat kilometrlik sahədə yarım metrdən az dərinlik deməkdir.

“Urmu gölü qurumadı – quruduldu. Bu siyasətlə gölün gələcəyi yoxdur. Gölün bərpası mümkünsüz görünür. Urmu gölü tamamilə məhv olacaq”,– deyə Kəlantəri bildirib.

O, ölkə rəhbərliyini və məsul şəxsləri də sərt şəkildə tənqid edib. Keçmiş rəsminin sözlərinə görə, prezident Məsud Pezeşkian gölün taleyini bacarıqsız şəxslərə — birinci vitse-prezident Məhəmməd Rza Arif və Qərbi Azərbaycan əyalətinin başçısı Rza Rəhmaniyə həvalə edib. “Arif məsələ ilə maraqlanmır, Rəhmani isə tamamilə başqa məqsədlər güdür. Urmu gölü faktiki olaraq tərk edilib,” – deyə, keçmiş rəsmi bildirib.

Həmçinin yoxlayın

Hörmüz boğazının mərkəzi hissəsi hələ də bağlıdır; 80 dəniz minası təhlükə yaradır

GADTB: Britaniyanın “The Guardian” nəşri yazır ki, Hörmüz boğazının mərkəzi hissəsi hələ də təxminən 80 …

İsrailli ekspert: Türkiyə ilə İsrail arasında 8 əsas gərginlik ocağı var; “Türkiyə yeni İrandır”

GADTB: İsrailli siyasi təhlilçi Eytan Lasri Türkiyə ilə İsrail arasında münasibətlərin son onilliklərin ən gərgin …