Cümə , Noyabr 27 2026
azfa

İran Ermənistanın avtomobil istehsal etməsinə yardım etmək istəyir

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İran-Ermənistan əlaqələrinin çoxtərəfli ola biləcəyini açıqlayan İranın sənaye naziri deyib: “İki ölkənin imkanları ikitərəfli mübadiləni üstələyir və biz bir neçə ölkəni iqtisadi məsələlərdə birləşdirə bilərik”.

Martın 3-də İrəvanda Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan ilə görüşdə Seyidrza Fatemi Əmin bildirib: “İran və Ermənistan siyasi və mədəni sahələrdə böyük əməkdaşlıq ediblər, amma təəssüf ki, iqtisadi əlaqələrimiz iki ölkə arasındakı siyasi və mədəni əlaqələrdən çox geridədir və bu gün iqtisadi əlaqələri möhkəmləndirmək bizim üzərimizə düşür”.

İranlı nazir ölkəsinin Ermənistanla qarşılıqlı əmtəə ticarəti və sərmayə qoyuluşu sahələrində əməkdaşlığının olduqca vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, İran-Ermənistan əlaqələri özəlliklə son vaxtlar artan xətt üzrə inkişaf edir. Bu qarşılıqlı münasibətlərə əsasən siyasi, ictimai, iqtisadi, idman və daha bir çox sahələri misal göstərmək olar. İranlı və işğalçı erməni dövlətinin rəsmilərinin davamlı görüşərək dostluqdan-qardaşlıqdan dəm vurmaları bir daha bu xəbis niyyətdən xəbər verir.

Həmçinin yoxlayın

Kəleybərdə qızıl mədəninin kəşfiyyat işləri 50-dən çox kəndin içməli su mənbələrini təhlükə altına salır

GADTB: Şərqi Azərbaycan əyalətinin Kəleybər rayonunda Peğamçay su anbarının yuxarı axarında qızıl mədənində kəşfiyyat işlərinə …

Xoyda rejimin Vətəndaşlıq Qeydiyyatı İdarəsi azərbaycanlı körpə Əlihana 227 gündür doğum haqqında şəhadətnamə verməkdən imtina edir

GADTB: Xoyda rejimin  Vətəndaşlıq Qeydiyyatı İdarəsinin uşağa verilən ada etiraz etməsi səbəbindən Əlihan 227 gündür …