Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İran Ermənistanla iqtisadi əlaqələrini genişlənidrməyi qarşıya məqsəd qoyub

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranın Sənaye, Mədən və Ticarət naziri Ermənistana səfəri zamanı bu ölkə ilə 1 milyard dollarlıq ixrac həcminə nail olunmasını mümkün hesab edərək deyib: “İranın Ermənistana ixracı 20% artıb”.

“İraneconomist” saytının İranın Sənaye Nazirliyinə istinadən xəbərinə görə, İranın qonşu ölkələrlə iqtisadi əlaqələrini sadələşdirmək və möhkəmləndirmək məqsədilə xarici səfərlərini davam etdirən iranlı nazir Seyid Rza Fatemi-Əmin Ermənistana səfərində deyib: “İranın Ermənistana ixrac həcmi 500 milyon dollar təşkil edir ki, hər iki tərəfin fikrincə, bu həcmi 1 milyard dollara qədər artırmaq olar”.

İranın sənaye naziri Ermənistana ixracla bağlı ikitərəfli yanaşmadan söz açıb: “Bir yanaşma Ermənistan bazarının özü, digər yanaşma isə Ermənistan vasitəsilə əldə edilə bilən bazarlarla bağlıdır. Bunlara Rusiya, Qafqaz, Avropa və xüsusilə Avrasiya Birliyinin bazarları daxildir”.

Xatırladaq ki, sözdə daim müsəlmanların və dünyada əzilmiş insanların yanında və zalımın qarşısında olduğunu iddia edən İran hökuməti nədənsə Azərbaycan müsəlmanlarını qanına qəltan etmiş işğalçı Ermənistana münasibətdə bu prinsipini unudur, 30 il Azərbaycanın Qarabağ bölgəsini işğal altında saxlayan və Xocalı qətliamını törətmiş bir dövlətlə siyasi, iqtisadi, mədəni və digər sahələrədə əlaqələrini günü-gündən genişləndirir. Tehran hökumətinə xatırlatmaq yerinə düşər ki, dünya müsəlmanları təkcə fələstinlilərdən ibarət deyil, buna Azərbaycan, Çində uyğur, İraqda türkman, Hindistanda Keşmir müsəlmanlarını da misal çəkmək olar. Hansı ki, uzun illərdir işğala və zülmə uğrasalar da, İran hökuməti indiyədək heç vaxt qətiyyətlə onların müdafiəsinə qalxmayıb.

Həmçinin yoxlayın

Molla rejimin cəlladlarından Hüseyn Taib etirazçıları raket zərbələri və qırğınla hədələdi

GADTB: SEPAH-ın keçmiş Kəşfiyyat Təşkilatının rəhbəri Hüseyn Taib dinc etirazçıları İsraillə eyni sıraya qoyaraq, dolayısı …

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …