Cümə , Sentyabr 18 2026
azfa

İran hər vasitə ilə Livanda terroru dəstəkləməyə çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beyrutun “Rəfiq Həriri” hava limanında İranın “Mahan Air” aviaşirkətinə məxsus təyyarəyə baxış keçirildikdən sonra İran səfirliyinin əməkdaşı onun çantasının yoxlanılmasına qarşı çıxıb.

Beyrut hava limanının təhlükəsizlik işçiləri İranın diplomatik nümayəndə heyətinin baqajlarını yoxlamağa çalışarkən, maneələrlə və gərginliklə üzləşiblər.

Terroru maliyələşdirməyə mane olmaq üçün aparılan yoxlama əməliyyatına isə molla rejimin əlaltıları etiraz edib. “Mahan Air” aviaşirkətinə məxsus təyyarənin yoxlanılmasından sonra Hizbullah tərəfdarları Beyrutda İran səfirliyi qarşısında aksiya keçiriblər.

Məlumata görə, aksiyaya İranın Livandakı səfiri Müctəba Emani də qatılıb.

Dünən İranın “Mahan Air” aviaşirkətinə məxsus təyyarə Beyrut beynəlxalq hava limanında hərtərəfli yoxlama üçün saxlanılıb. Təyyarədə terror fəaliyyətinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan külli miqdarda pulun aparıldığı ehtimal edilir.

Məlumata görə, belə uçuşların yoxlanılması bir neçə həftə əvvəl başlayıb və amerikalı zabitlərin nəzarəti altında aparılır. Gecikməyə cavab olaraq hava limanı ərazisində aksiyalar keçirilib və İran mediasının diqqətini çəkib.

Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanı mediası bildirib ki, İran Hizbullaha milyonlarla dollar köçürmək üçün Tehrandan Beyruta uçuşlardan istifadə edir.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …