Şənbə , Noyabr 30 2024
azfa

İran hökuməti işğalçı Ermənistanla 3 milyard dollarlıq ticarəti hədəfləyir

GADTB: İrib News xəbər verir ki, İranın sənaye, mədən və ticarət nazirinin müavini Əlirza Peymanpak İran və Ermənistan arasında 3 milyard dollarlıq ticarət hədəflədiklərini açıqlayıb və deyib: “İndi İran Ermənistana ixrac edən ölkələr arasında Rusiya və Çindən sonra üçüncü yerdədir”.

İrəvanda Ermənistan bazarını və İran İslam Respublikasının biznes mərkəzini tanıtmaq məqsədi ilə İranın Ticarətin İnkişafı Təşkilatının sədri Əlirza Peymanpak, təşkilatın Orta Asiya, Qafqaz və Rusiya ofisinin baş direktoru, İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zuhuri, Ermənistanın Tehrandakı səfiri Arsen Avakyan, iki ölkənin səfirliklərinin ticarət müşavirləri, dövlət və özəl sektorun rəsmiləri və iş adamlarının iştirakı ilə bir günlük ticarət seminarı keçirilib.

Əlirza Peymanpak deyib: “Hazırda bizim Ermənistana ixracımız 437 milyon dollardır və iki ölkə arasında ticarət planına görə 3 milyard dollara çatdırılmalıdır”.

O, İran və Ermənistan arasında son dərəcə əlverişli siyasi əlaqələrə və iki ölkənin hökumətlərinin ticarəti inkişaf etdirmək və Avrasiya ilə azad ticarət sazişi üçün danışıqları başa çatdırmaq əzminə toxunaraq əlavə edib: “Ermənistan bizimlə ümumi sərhədi olan yeganə Avrasiya Birliyinə üzv ölkədir və İranla bu ittifaqın bazarı arasında körpü rolunu oynaya bilər”.

Həmçinin İrəvanda İranın ticarət mərkəzinin yaradılmasını xatırladan nazir müavini qeyd edib: “Ermənistandakı ticarət mərkəzimiz çox fəal və dinamikdir. Biznes mərkəzlərində izlədiyimiz və təbii ki, bu biznes mərkəzinin də sahib olduğu ən mühüm amil hədəf ölkədə güclü, böyük və uyğun tərəfdaşın olmasıdır”./ Azad İran

Həmçinin yoxlayın

Rusiya, Avropa və ABŞ arasında gərginləşən geosiyasi mübarizə

GADTB: “Rusiya indiki dövrdə daxili çəkişmələr və çətinliklər ilə qarşı-qarşıyadır. Bu çəkişmələr, həmçinin Rusiya hökumətinin, …

Azərbaycanlı fəal Vədud Əsədi bəraət alıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, heç bir günahı olmadan və sırf milli-mədəni fəaliyyətlərinə …