Cümə , Yanvar 3 2025
azfa

İran limanları Ermənistanın ixtiyarında: Tehran İrəvanın dadına çatıb

GADTB: İranın “Gostaresh News” saytı yazır: “Hindistanla ticarəti asanlaşdırmaq üçün İran Ermənistanın Çabahar və Bəndər Abbas limanlarına çıxışına icazə verib. İrəvanla Moskva arasında münasibətlərin pisləşdiyi bir vaxtda Ermənistan Hindistanla hərbi və müdafiə sahəsində əməkdaşlığa getdikcə daha çox maraq göstərir.

İranın Ermənistandakı səfiri Mehdi Sübhani yanvarın 3-də bildirib ki, Ermənistan gəmiləri İranın Çabahar və Bəndər Abbas limanlarından sərbəst istifadə edə bilərlər.

İrəvan Hindistanla silah ticarəti məqsədilə İranın dəniz limanlarından istifadə etmək üçün Tehranla rəsmi iqtisadi müqavilələr imzalayır. Bu proseslər Ermənistanın ötən il Azərbaycanla hərbi qarşıdurmalardan sonra İrəvanın Rusiyadan uzaqlaşmasının növbəti göstəricisidir.

Ermənistan, Hindistan və İran arasında üçtərəfli əməkdaşlığın genişlənməsi regional tranzit infrastrukturunu yaxşılaşdırıb və bu ölkələrin Cənubi Qafqazda təsirini artırıb. Ermənistanın İran və Hindistanla əməkdaşlığı inkişaf etdirməsi iki məqsədə xidmət edir. Ermənistan qlobal bazarlara çıxışını genişləndirmək üçün müasir və qabaqcıl silahlar idxal etməklə hərbi gücünü artırmağa çalışır və Avrasiya İqtisadi İttifaqından kənarda ticarət variantlarını inkişaf etdirməklə bu məqsədinə nail olmaq niyyətindədir.

Dənizə çıxışı olmayan Ermənistan İranın Çabahar limanının inkişaf planına qoşulmaq üçün danışıqlar aparır.

Ermənistan xarici işlər nazirinin müavini bu yaxınlarda deyib ki, Çabahar limanı Ermənistanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə Hindistan və Mərkəzi Asiyaya çıxış əldə etmək səylərinin əsas komponentlərindən biridir.

Ermənistanın Çabahar limanı və Hindistan, İran və Rusiyanın 2000-ci ildə təklif etdiyi bu beynəlxalq dəhlizlə əlaqəsi 2024-cü ilin sonuna qədər tamamlanacaq. Geosiyasi fikir ayrılıqları və maliyyə resurslarının çatışmazlığı bu dəhlizin genişləndirilməsi işini ləngidib.

Ermənistan İran üçün Avrasiya İttifaqı və Avropa ölkələri istiqamətində nəqliyyat marşrutu ola biləcəyini proqnozlaşdırır. İran da öz növbəsində Ermənistana Fars körfəzi, Mərkəzi Asiya və Hindistana çıxış əldə etməsinə yardım edir”./ Azad İran

Həmçinin yoxlayın

“Traxtur” Əhvazın “İstiqlal” komandasını 3-0 hesabı ilə məğlub etdi

GADTB: Güney Azərbaycanın Azərbaycanın “Traxtur” komandası İranın birinci futbol liqasının birinci yarısını birinciliklə başa vurub. …

İsrail İranın Suriyadakı yeraltı raket istehsalı zavodunu darmadağın etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail yanvarın 2-də Suriyada İranın raket istehsal edən …