Bazar ertəsi , Noyabr 16 2026
azfa

Türk alimdən İranın əsassız iddialarına tutarlı cavab

GADTB: İstanbulun Aydın Universitetinin meteoroloqu, professor Güvən Özdəmir deyib ki, Türkiyənin İranın yağış buludlarını oğurlaması ilə bağlı iddialar sübut olunmamış nəzəriyyədən başqa bir şey deyil, müəyyən bir ölkədəki quraqlığın səbəbi qlobal istiləşmədir.

“Yağış buludlarını oğurlamaq” ideyasını müdafiə etmək və ya hətta bu barədə düşünməyə çalışmaq əsassız və sübutsuz nəzəriyyədən başqa bir şey deyil. 2023-cü ildə Türkiyə bir neçə ay isti və quraqlıq məngənəsində olub. Məsələn, İstanbulda yağıntı olmayıb, su anbarlarında su ehtiyatları çox aşağı səviyyəyə düşüb. O zaman bizdən qərbdə – Yunanıstan, Bolqarıstan, Rumıniya və digər qonşu ölkələrdə leysan yağsa da, bizə çatmadı. Türkiyənin yerləşdiyi yeri nəzərə alsaq, uzun və qısa müddətdə ekstremal hava şəraiti mümkündür”, – o bildirib.

Qeyd edək ki, “Forbes” jurnalı Tehranın ölkənin şimalından yağış buludlarının yoxa çıxması ilə əlaqədar vəziyyəti araşdırmaq üçün komissiya yaratması və Türkiyənin buludları “oğurladığını” iddia etməsi barədə məlumat yayıb. Sübut kimi dağların qarla örtüldüyü və mütəmadi olaraq yağış yağdığı Türkiyənin şərqinin fotoşəkilləri təqdim olunur, lakin buna paralel zaman ərzində İranda bir damla da yağış olmadığı göstərilir. Bu cür ittihamlar ilk dəfə deyil, məsələn, 2018-ci ildə SEPAH nümayəndəsi iddia edib ki, İsrail və BƏƏ İranın iqliminə təsir göstərir.

Həmçinin yoxlayın

Binabın Səhənd elektrik stansiyasında qazın kəsilməsi səbəbindən mazut yandırılır: tüstü və çirklənmə yenidən bölgəni bürüyüb

GADTB: Şərqi Azərbaycan vilayətində yerləşən Binabın Səhənd elektrik stansiyasından yayılan tüstü və çirkləndirici maddələr hava …

Təbrizdə “Aşıqlar gecəsi” mərasimi: Aşıq sənətinin 40 tanınmış veteran sənətkarı təltif olunacaq

GADTB: Şərqi Azərbaycan Aşıqlar Mədəniyyət və İncəsənət Dərnəyi vilayətin Mədəniyyət və İslami İrşad Baş İdarəsi …