GADTB: Güney Azərbaycanın Ərdəbil, Nir, Nəmin və Səreyn şəhərlərinin İran parlamentindəki təmsilçisi Əli Nikzad bildirib ki, 14-cü hökumətin dəstəyi ilə Ərdəbil dəmir yolu xəttinin Parsabad və Azərbaycanla birləşdirilməsi üçün zəmin hazırlamaq məqsədə uyğundur.
Millət vəkilinin sözlərinə görə, Astara dəmir yolu xəttinin Azərbaycanla birləşdirilməsi mümkün deyil, çünki bölgə bataqlıq ərazisidir, ancaq Ərdəbil-Parsabad dəmir yolundan və Azərbaycanla birləşdirilməsindən optimal şəkildə istifadə etmək olar və bu, Cənub-Şimal dəhlizinin canlanmasına töhfə verə bilər.
Əli Nikzad qeyd edib ki, Ərdəbil dəmir yolu xəttinin tamamlanması üçün İran prezidenti Məsud Pezeşkianla da danışıqlar aparılıb. / Azad İran