Cümə axşamı , Dekabr 26 2024
azfa

İran millət vəkili: “Araz çayının çirklənməsi çox ciddi problemdir”

GADTB: Parlament üzvü Səmiyə Rəfii deyib ki, Araz çayının çirklənməsi çox ciddi problemdir. Buna görə, İranın Ermənistandakı səfiri Mehdi Sübhani və sənaye naziri Məhəmməd Atabək bu məsələ ilə ciddi məşğul olmalıdırlar.

Onun sözlərinə görə, İranın Mədən Sənayesinin İnkişafı və Yenilənməsi Təşkilatı Araz çayına axıdılan mis mədənlərinin tullantıları səbəbindən yaranan çirklənməni aradan qaldırmaq üçün investisiya təklif edib və bu, ekspertlər tərəfindən bəyənilib.

Millət vəkili deyib ki, İranın kanalizasiya və tullantı sularının təmizlənməsi üzrə “texniki biliklərə malik olması” nəzərə alınsa, bu işə yardım edə bilər.

Sitat: “İran və Ermənistan arasında mübadilə və nəqliyyatın həcmini nəzərə alaraq, Araz çayı üzərində ikinci körpünün tikintisinə böyük ehtiyac var. Hökumət hər zaman özəl sektora kömək etməli və işləri asanlaşdırmalıdır ki, Ermənistanda İran özəl sektorunun iştirakı güclü olaraq qalsın”. / Azad İran

Həmçinin yoxlayın

Azərbaycan təyyarəsinin səhvən vurulması ehtimalı xəbəri yayılıb

GADTB: “Qəzaya uğrayan təyyarənin gövdəsindəki dəliklər “Pantsir-S1″ hava hücumundan müdafiə raketinin zərbəsinin nəticələrinə bənzəyir”. Bu …

Güney Azərbaycanda ən çox sevilən adlar açıqlanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Azərbaycan əyalətində son 9 ay ərzində qız …