Bazar , Noyabr 29 2026
azfa

Türkiyənin ilk milli turbofan təyyarə mühərriki TEKNOFEST-də sərgilənir

GADTB: Türkiyənin ilk milli turbofan təyyarə mühərriki “TEİ-TF6000” Adanada keçirilən TEKNOFEST-də sərgilənir.

Aviasiya, Kosmos və Texnologiya Festivalı (TEKNOFEST) Adana Hava Limanında keçirilir.

TEKNOFEST-in tərəfdaşları arasında yer alan TUSAŞ Motor Sənayesi AŞ (TEİ) inkişaf etdirdiyi milli təyyarə mühərriklərini ziyarətçilərə təqdim edir.

TEİ-nin stendində sərgilənən mühərriklər arasında Türkiyənin ilk milli turbofan təyyarə mühərriki “TEI-TF6000”, ilk yerli helikopter mühərriki “T700-TEI-701D”, ilk milli turbodizel aviasiya mühərriki “TEI-PD170”, ilk milli helikopter mühərriki “TEI-TS1400” və Türkiyənin ən güclü milli aviasiya mühərriki “TEI-TF10000” yer alır.

Stendlərdə həmçinin Airbus A320 və Boeing 737 təyyarələrinə güc verən turbofan mühərrikinin TEI-də istehsal edilən hissələri də sərgilənir. Mərhələli istehsal hissələri də ziyarətçilərə təqdim olunanlar arasındadır.

TEI həmçinin TEKNOFEST çərçivəsində Jet Mühərrik Dizayn Yarışmasının keçirilməsini təşkil edir.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Quzey Qibris Türk Cümhuriyyətinin 43-cü ildönümü tədbirində-Video

GADTB: Noyabrın 28-də Avstraliyanın Sidney şəhərində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 43-cü ildönümü münasibətilə …

Təbrizdə türkcə “Şirinlər” musiqili tamaşasının biletlərinin satışına başlanılıb

GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb. …