Bazar , Dekabr 29 2024
azfa

İran Müəllimlər Birliyi dolannışıq vəziyyətlərinin yaxşı olmaması ilə bağlı bəyanat yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İran Müəllimlər Birliyi dolannışıq vəziyyətlərinin yaxşı olmaması ilə bağlı bəyanat yayıb.

İran Müəllimlər Birliyi yaz bayramı ilə bağlı yaydığı bəyanatda deyiblər ki, hər il bayramı boş süfrə arxasında dua edib və növbəti günü gözləyirik.

Bəyanatda müəllimlər, jurnalistlər, sinfi fəalara qarşı repressiyaların şiddətlənməsi qeyd olunub.

Bununla yanaşı yoxsulluğun, təhsilini yarımçıq qoymağa və az yaşlarından məcburi əməyə cəlb edilən şagirdlərin sayının artdığı bildirilib.

“Bunları nəzərə alaraq siz özünüz deyin, qarşıdakı il sizin üçün daha yaxşı olacaq yoxsa xalqa?”,- bəyanat müəllifləri hökumət başçılarından soruşublar.

Onlar, müəllimlərin onsuzda az olan əmək haqlarının ödənilmədiyini deyib, hüququnu tələb edən təhsil işçilərinin həbs edildiyini və işdən uzaqlaşdırıldığını qeyd ediblər.

Həmçinin yoxlayın

Güney Azərbaycanın müxtəlif şəhərlərində Qaşqay türklərinə dəstək şüarı yazılmış vərəqələr paylanılıb

GADTB: Azərbaycan Milli Hərəkatının fəalları eyni vaxtda Təbriz, Tehran, Urmu, Ərdəbil, Zənqan, Kərəc, Qəzvin, Ərak …

Molla rejimi hicab bəhanəsi ilə güllələdiyi Arzu Bədri iflic edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış iranlı jurnalist və qadın hüquqları müdafiəçisi Məsid …