Şənbə , Oktyabr 17 2026
azfa

İran PKK terror təşkilatına silah verib, onlara təlim keçir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın bir qrup kəşfiyyat bölməsi və Həşd-Şəəbi qruplaşmasının üzvləri İraq və Suriyada dronlardan istifadə və PUA-ların vurulması sahəsində PKK terrorçularına təlim keçirlər.

Türkiyənin “Yeni Şafak” qəzeti xəbər verir ki, İran PKK-nın silah-sursat və canlı qüvvəsinin daşınmasını da təşkil edir.

Sonuncu silah partiyası Sincar, Süleymaniyyə və Qəndilə, habelə İrandan 50 terrorçu İraqın şimalındakı Zaqros, Avaşin-Basyan və Zap bölgələrinə göndərilib.

PKK iyunun 11-də Suriyanın şimalındakı Fərat Qalxanı əməliyyatı bölgəsində Şahid-136/131 dronları ilə kəşfiyyat uçuşları həyata keçirib. Ərazidə PUA-lara qarşı sistemlərin fəaliyyət göstərməsi səbəbindən İran dronları geri qayıtmağa məcbur olub.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …