İran qüvvələri İsfahanda etirazlara atəş açdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gündür davam edən etirazlar İsfahan Xürrəmabadda daha kəskin xarakter alıb.

Bu gün səhər saatlarından etirazçılarla rejimin qüvvələri arasında toqquşma baş verib. Etirazçıların İsfahanda çadırları yandırılıb.

Noyabrın 26-da İranın polis qüvvələri sivil etirazlarını davam etdirən əkinçilərə və əhaliyə atəş açıb. Nəticədə etirazçılar arasında güllə yarası alanlar var. Etirazçılar “Ölüm olsun Xameneiyə” şüarı səsləndiriblər.

Hazırda İsfahanın küçələrində etirazçılarla rejimin qüvvələri arasında toqquşmalar davam edir.

Xorrəmabadda da etirazlar yenidən davam edib.

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …