Şənbə , Aprel 18 2026
azfa

İran rejimi Ərdəbildə azərbaycanlı milli-mədəni fəal Əli Şahini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin terrorçu Sepah qüvvələri Ərdəbildə azərbaycanlı milli-mədəni fəal Əli Şahini həbs edib.

Terrorçu Sepah məmurları həmçinin Əli Şahinin evinə hücum edərək fəalın evində qanunsuz axtarış aparıb, onun şəxsi əşyaları, o cümlədən  mobil telefon və bilgisayarını özləri ilə aparıblar.

Qeyd edək ki, Əli Şahi Muğanın Biləsuvar şəhərində doğulub və Ərdəbildə yaşayır. O 3 övlad atasıdır.

Azərbaycanlı milli-mədəni fəalın adı çəkilmədən bundan öncə Ərdəbildə sosial şəbəkə fəali kimi yaxalandığı barədə məlumat yayılmışdı.

Məlumatda “Instaqram” səhifəsinin yönəticisinin Sepah-ın Ərdəbil əyalətindəki “Həzrəti Abbas” qvardiyasının əməkdaşları tərəfindən yaxalandığı bildirilirdi.

Həmçinin yoxlayın

İran-ABŞ danışıqları bazar ertəsi günü keçiriləcək

GADTB: CNN telekanalı İran mənbələrinə istinadən verdiyi məlumata görə, Tehran və Vaşinqton arasında danışıqların növbəti …

Molla rejimin həbs etdiyi türkmən gənc Sağər Qulami girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: İran Məhkəmə Hakimiyyətinin Media Mərkəzi 19 yaşlı gənc türkmən xanım ötən ilin dey ayında …