Bazar ertəsi , Yanvar 24 2022
azfa

İran rejimi 40 gündür doğulan körpəyə Türkay adı qoyulduğu üçün doğum şəhadətnaməsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Vətəndaş Vəziyyətinin Qeydiyyat İdarəsi 40 gündən artıqdır doğulan azərbaycanlı körpəyə Türkay adı qoyulduğu üçün doğum şəhadətnaməsi vermir.

Türkayın valideynləri İnstagram sosial şəbəkəsində bu barədə paylaşım edib və 40 gündən artıqdır övladlarına adının türkcə olduğu üçün  doğum şəhadətnaməsi ala bilmədiklərini yazıblar.

Onlar bundan öncə yaxınlarının birinin 3 yaşlı oğluna Türkay adının sənədləşdirildiyini, ancaq İranın Vətəndaş Vəziyyətinin Qeydiyyat İdarəsinin indi bu ada doğum şəhadətnaməsi verməkdən boyun qaçırdığını qeyd ediblər.

Onlar bildiriblər ki, İranın Vətəndaş Vəziyyətinin Qeydiyyat İdarəsinin yazılışı tam Türkay şəklində deyil farsca yazılış formasında yəni Torkay formasında doğum şəhadətnaməsi verə biləcəklərini deyiblər.

İranın Vətəndaş Vəziyyətinin Qeydiyyat İdarəsinin bundan məqsədi isə həmin türk adının mahiyyətini dəyişməkdir. Rejim Azərbaycan türklərinə övladlarına öz dillərində türkcə ad qoymağa mane olur. Nəticədə çox sayda körpə Güney Azərbaycanda doğum şəhadətnaməsi verilməyib.

Həmçinin yoxlayın

Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Koreya Respublikası hökuməti İranın BMT-yə olan borcunu ödəyib. …

Türkiyənin elmi qrupu Cənub Qütbünə səfərə yola düşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Ağ qitə”yə təşkil etdiyi VII Milli Antarktika …