Şənbə , Oktyabr 1 2022
azfa

İran rejimi azərbaycanlı fəal Yaşar Pirini həbs etdi

GADTB: İran rejiminin ETTELAAT məmurları avqustun 17-də Yaşar Pirini yaxalayaraq naməlum yerə aparılıb. 

Azərbaycanlı fəalın yaxınları bildirir ki, fəalın həbs səbəbi və ittihamı barədə heç bir məlumat verilməyib. 

Qeyd edək ki, azərbaycanlı fəal Yaşar Piri 2001-ci il fevral ayının 21-də Beynəlxalq Ana Dili Günü münasibətilə rejimin təhlükəsizlik məmurları tərəfindən yaxalanmışdır. 3 gün sonra, fevralın 24-də 50 milyon tümən girov qarşılığında zaminə buraxılan fəal ayın 26-da Təbriz şəhərinin İmam Rza adına xəstəxanaya yerləşdirilmişdi. 

Yaşar Piri Sepahın ETTELAAT bölməsində işgəncə edilərək ciddi bədən xəsarətləri almışdı. 

Həmin vaxt həkimlər bildirmişdilər ki, fəalın bibər qazı nəticəsində nəfəs borularında problemlər yaranıb və aldığı zərbələrdən böyrəkləri zədələnmişdi. Fəalın bədəninin müxtəlif yerlərində işgəncə izləri qalmışdı 

Yaşar Piri həmçinin 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəalla birlikdə təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq yaxalanmışdır. 

Həmçinin yoxlayın

Sayın Mikayıl bəy Oyta dövlət rəsmilərilə birgə Avstraliya İslam Birliyi Federasiyasının tədbirinə qatıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyası prezidenti və Güney Azərbaycan Demokratik Türk …

Təbriz etirazçılar milli şüarlar səsləndirdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün səhər tezdən Güney Azərbaycanın Təbriz, Zəncan, …