Cümə axşamı , Dekabr 2 2021
azfa

İran rejimi azərbaycanlı fəal Yusif Sələhşuru şallaq və cərimə cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Təbrizdəki Cinayət Məhkəməsinin 111-ci şöbəsi azərbaycanlı milli-mədəni fəal və sənətçi Yusif Sələhşuru mühakimə edib.

Hakim Rza Füruğinin sədrliyi ilə keçirilən rejimin məhkəməsi noyabrın 15-də azərbaycanlı fəalı “Səs-küy salmaq və qanunsuz aksiyaya qoşulmaqla ictimai asayişi pozmaq”da ittiham edib.

Həmin ittihama görə azərbaycanlı milli fəal 22 milyon 200 min tümən nağd pul cəriməsi və 37 şallaq cəasına məhkum edilib. Verilən qərarda cəzanın kəskin şəkildə tətbiq ediləcəyinə təkid edilib.

Qeyd edək ki, Yusif Sələhşur Təbrizdə etirazlarla bağlı iyulun 25-də rejimin təhlükəsizlik məmurları tərəfindən Təbrizdə yaxalanmışdı.

Azərbaycanlı fəal dindiriləndən sonra 11 avqustda Təbrizdə zindana köçürülüb və 14 avqustda girov qarşılığında zaminə buraxılmışdı.

İyulun 24-də Təbrizdə əl-Əhvaz etirazlarının keçirilməsi zamanı Yusif Sələhşurla yanaşı çox sayda azərbaycanlı fəal yaxalanmışdı.

Həmçinin yoxlayın

Türkiyə sanksiyaya görə idxal edə bilmədiyi dəniz tolarını özü istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə mühəndislərin son bir ildir üzərində çalışdığı milli …

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən …