Bazar ertəsi , Dekabr 30 2024
azfa

İran rejimi azərbaycanlı körpəyə Sevgi adına görə bir ildir doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Şərqi Azərbaycanın Miyana şəhərindən olan bir yaşlı körpəyə Sevgi adı verildiyi üçün İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyatə İdarəsi bir ildir doğum haqqında şəhadətnamə vermir.

Sevginin anası Rəna Palar sosial media hesabında bununla bağlı etdiyi paylaşımda qızının bir yaşının olmasına baxmayaraq, ona doğum haqqında şəhadətnamə ala bilmədiklərini yazıb.

Rəna Palar yazır: “Dekabrın 29-da qızım Sevginin bir yaşı tamam oldu. Ancaq Təbriz şəhərində Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin irəli sürdüyü maneələr ucbatından (Sevgi adının türkcə olmasına görə) ona doğum haqqında şəhadətnamə ala bilməmişik”.

Qeyd edək ki, bundan öncə Güney Azərbaycanın müxtəlif şəhərlərində oxşar problemlər yaşanıb və məsələ ictimailəşdirilib.

Ayıl, Sevgi, Yağış, Anar, Atakan, Oğuz, Türkay, Elcan, Tarkan, Alparslan və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciət edib, sosial mediada etirazlarını bildiriblər.

İnsan haqları sahəsində fəaliyyət göstərən “Ərk”-Azərbaycan Cəmiyyəti məsələ ilə bağlı  Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, BMT-nin Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib. Hesabatda “İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı alçaldılması” da vurğulanıb.

Həmçinin yoxlayın

Sayın Əjdər bəy Tağızadə və sayın Mahmudəli bəy Çehrəqanlının “TBA TV“də “Molla rejimi devrildikdən sonra Güney Azərbaycanın taleyi necə olacaq?” mövzusunda çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

GADTB-nin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bildirişi

GADTB: 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü deyəndə parçalanmış Azərbaycan …