Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İran rejimi azərbaycanlı fəal Ehsan Məlikini həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Sulduzdakı İkinci Cinayət Məhkəməsinin 102-ci şöbəsi  azərbaycanlı fəal Ehsan Məlikini həbsə məhkum edib.

Rejimin həmin məhkəməsi azərbaycanlı milli-mədəni fəal Ehsan Məliki barəsində 91 gün həbs qərarı çıxarıb.

Qeyd edək ki, Ehsan Məliki özünün İnstagram hesabında azərbaycanlı mədən fəallardan Əli Hacməhəmmədinin həbsi barədə xəbər yaydığı üçün həbs cəzasına məhkum edilib.

Sulduzdan olan azərbaycanlı fəal həmin xəbərə görə şərlənərək “Kiber məkanda yalan məlumat yaymaq”da ittiham olunaraq 91 gün həbsə məhkum edilmişdir.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …