Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İran rejimi azərbaycanlı körpəyə Tarkan adına görə şəxsiyyət vəsiqəsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyat İdarəsi azərbaycanlı körpəyə Tarkan adına görə şəxsiyyət vəsiqəsi vermir

Bu barədə  azərbaycanlı valideyn Rəhim Qəribi Nəzərli özünün İnstaqram səhifəsində məlumat paylaşıb.

O, iyunun 12-də dünyaya gələn övladına türkcə Tarkan adı verdiyi üçün İranın Tehrandakı Vətəndaş Vəziyyətlərinin Qeydiyyat İdarəsindən şəxsiyyət vəsiqəsi ala bilmədiyini yazıb.

Rəhim Qəribi Nəzərli yazıb ki, bu məsələ ilə bağlı həmin idarəyə dəfələrlə müraciət etsə də, övladlarına seçdikləri ada şəxsiyyət vəsiqəsi verməyiblər.

Qeyd edək ki, İran rejimi Azərbaycan türklərini bir millət kimi assimilyasiyaya uğradıb məhv etmək məqsədilə onlara öz dillərində övladlarına ad qoymağı qadağan edib. Bu isə haqlı olaraq Azərbaycan türklərinin ciddi etirazı ilə qarşılaşır.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …