Şənbə , Aprel 20 2024
azfa

İran rejimi Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləyən daha üç azərbaycanlı fəalı Təbrizdə həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləyən daha üç azərbaycanlı fəalı- Murtuza, Muctaba və Məhəmməd Nağızadəni Təbrizdə həbs edib

Həmin 3 azərbaycanlı milli fəal oktyabrın 1-də Azərbaycan Respublikası Ordusunun Qarabağda təcavüzkar Ermənistan işğalçılarına qarşı başlatdığı uğurlu hərbi əməliyyatına dəstək aksiyası keçirilərkən yaxalanıbdır.

Azərbaycanlı fəallar həbs edilərkən ermənipərəst rejimin ETTELAAT qüvvələri tərəfindən vəhşicəsinə döyülüblər.

Qeyd edək ki, oktyabrın 1-də Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən də Təbriz, Tehran, Urmiya, Meşginşəhr, Qoşaçay, Zəncan, Ərdəbil və s. şəhərlərində on minlərlə insanın iştirakı ilə Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Aksiyalarda 100-dən çox azərbaycanlı fəal həbs edilib. Saxlanılanların bir çoxunun kimliyi hələlik açıqlanmayıb.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Terrorçu kürdlərin Sulduzda soyqırım törətmələrinin ildönümü ilə bağlı aksiya

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 20-də Urmiyada Sulduzda terrorçu kürdlərin törətdiyi soyqırımla …

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Bir cavab yazın