Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

İran rejimi Güney Azərbaycanın neft sərvətlərini talamağa başlayır

​​​​​​​ GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycanın Muğan bölgəsində neft yataqlarında işə başlamaqla Azərbaycanın neft sərvətlərini talamağa başlayıb.

Artıq İran rejimi Muğan bölgəsinə neft quyuları qazan avadanlıqlar daşımaqdadır.

Muğanın İran parlamentindəki deputatı Abbas Cahangirzadə bununla bağlı deyib ki, neft quyularının qazılması üçün ağır texnika və lazimi avadanlıq yüklənib və bir neçə günə bölgəyə çatacaq.

Abbas Cahangirzadə həmçinin deyib: “Qazıntı və neft yataqlarının araşdırılmas üçün xüsusi ağır texnika yüklənib, onlar 12 xüsusi ağır yükdaşıma nəqliyyatı vasitəsi ilə qrup şəklində Muğana gətirilməkdədir”.

İlkin mərhələdə100-ə yaxın ağır və yüngül texnikanın Muğana gətirildiyi bildirilir.

Bir müddət öncə isə irqçi fars rejim Güney Azərbasycanın Sarab və Bostanava bölgəsində də azərbaycanın neft sərvətlərini talamaq məqsədilə axtarış və qazıntı işlərinə başladığı bildirilirdi.

Həmçinin yoxlayın

Tehran yeraltı obyektlərində raket və dron istehsalını bərpa edib

GADTB: Molla rejimi yeraltı obyektlərdə raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını bərpa edib. Bəzi …

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …