İran rejimi Kəleybərə çox sayda qüvvə yeritsə də, çox sayda azərbaycanlı Babək qalasına gedib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Babək qalasına gedən azərbaycanlı fıalların bildirdiyinə görə İran rejimi Kəleybər bölgəsində interneti kəsib və bölgəyə çox sayda polis və ETTELLAT qüvvəsi yeridib.  

Babək Qalası Qurultayı ilə bağlı qalaətrafına, Kəleybər şəhərinə minlərlə insan toplaşıb. İran rejimi isə qurultaya mane olmaq üçün bölgəni hərbi poliqona çevirib və interneti kəsib.

Müxtəlif yerlərdə qurulan postlarda Babək qalasına doğru gedən bütün əhalinin şəkilləri çəkilir, məmurlar videoçəkilş aparır.

Dünən başqa şəhərlərdən Kəleybərə xüsusi təyinatlı qüvvələrin aparılması və məhdudiyyətlərin tətbiq edilməsinə baxmayaraq, iyunun 1-i günorta saatlarına kimi Babək qalasına yaxın yerlərə çox sayda insanın toplaşdığı deyilir.

Qeyd edək ki, hər il iyunun 10-da Babək qalasında Babək Qalası Qurultayı keçirilir. İran rejimi isə buna hər vəchlə mane olmağa çalışır.

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …