Çərşənbə , Aprel 22 2026
azfa

İran rejimi Qarabağa dəstək aksiyasında tutulan azərbaycanlı fəallara qarşı şallaq cəzasını qüvvədə saxlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə yerləşən Apellyasiya Məhkəməsinin 10-cu şöbəsində ötən il Ciral Parkında Qarabağa dəstək mitinqi zamanı tutulan 12 azərbaycanlı milli fəalın şikayətinə baxılıb.

Hakim Sasan Balaxaninin sədrliyi ilə keçirilən məhkəmə iclasında fəallara qarşı şallaq hökmü qüvvədə saxlanılıb.

Lakin qərara əsasən, kifayət qədər sübut olmadığından onlar “Xidməti vəzifəsini yerinə yetirən polis məmurlarının qanuni əmrlərinə tabe olmamaq” ittihamından bəraət alıblar.

Bundan başqa, azərbaycanlı fəallara qarşı “İctimai asayişi pozmaq” ittihamı ilə çıxarılmış 7 ay 16 gün həbs cəzası 3 aya endirilib. Amma hər birinə 76 şallaq zərbəsi vurulması ilə bağlı hökm qüvvədə saxlanılıb. Bu hökmlə həm də fəallara qarşı çıxarılmış həm həbs, həm də şallaq cəzalarının icrası 1 il müddətinə təxirə salınıb.

Apellyasiya məhkəməsinin keçirilməsi ilə eyni vaxtda Ərdəbil İnqilab Məhkəməsinin 2 saylı şöbəsində Abdullah Qədiminin sədrliyi ilə keçirilən prosesdə fəallara “İran rəhbərini təhqir etmə” və “Milli təhlükəsizlik əleyhinə fəaliyyət” ittihamları üzrə bəraət verilib. Bu barədə onlara məhkəmə tərəfindən şifahi məlumat verilib.

Qeyd edək ki, həmin azərbaycanlı fəallar Pərviz Siyabi, Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mustafa Pərvin, Mehdi Huşmənd, Səccad Coulani, Hamed Heydəri, Murtəza Pərvin, Məhəmməd Coulani, Bəhmən Xeyrcu, Mustafa Pərvin və Sübhan Bəxşidir.

Həmçinin yoxlayın

Sepah terror təşkilatı Hörmüz boğazında iki gəmini hədəfə alıb

GADTB: Bu gün Sepah terror təşkilatı Hörmüz boğazından keçməyə cəhd edən Avropanın ən böyük gəmiçilik …

Paşinyan TRIPP üzrə işlərə bu il başlanılacağını deyir

GADTB: Ermənistanın Baş naziri Nikol Paşinyan əmindir ki, TRIPP layihəsi üzrə işlərə 2026-cı ildə başlanılacaq. …