GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycana qarşı müstəmləkə və ayrıseçkilik siyasətini gücləndirməkdədir.
Bu istiqamətdə Təbriz metrosunun təkmilləşdirilməsi üçün xətlərə əlavə olunması nəzərdə tutulan 180 milyard tümən dəyərində qatarı İran rejimi Şiraz şəhərinin metrosuna göndərib.
Şiraz şəhərinin bələdiyyə başçısı Ehsan Əsnafi mediayaya verdiyi açıqlamada deyib ki, qarşıdakı il üçün Şirazın nəqliyyat parkına nəzərdə tutulan 450 milyard tümən büdcə artırılaraq 850 milyard tümənə qaldırılıb. O, bunun 250 milyard tüməninin avtobus parkının yenilənməsinə, 600 milyard tüməninin isə metro vaqonlarının yenilənməsi və gəlişdirilməsinə xərclənəcəyini deyib.
Şiraz nəqliyyat vasitələri üçün nəzərdə tutulan vəsaitin Təbriz üçün nəzərdə tutulandan qat-qat çox olmasına baxmayaraq, Təbrizə metrosu üçün ödənilməsi nəzərdə tutulan 180 milyard tümənin də Şiraz şəhərinə verilməsi azərbaycanlı sosial şəbəkə istifadəçilərinin etirazına səbəb olub.