Çərşənbə axşamı , Aprel 14 2026
azfa

İran rejimindən ağla sığmaz irqçilik; azərbaycanlı fəala türkcə öz xatirələrini yazdığı üçün 17 il həbs, 2 il sürgün cəzası verildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran islam rejimi Azərbaycan türklərinə qarşı dünyanı heyrətə gətirəcək irqçilik irqçilik sərgiləyib.

İrqçi və cinayətkar molla rejimi azxərbaycanlı fəalı öz xatirələrini latin əlifbasında türkcə yazdığına görə 17 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Azərbaycanlı vəkil və Şərqi Azərbaycanın Vəkillər Kollegiyasının İnsan Haqları üzrə rəis müavini Sina Yusifi bu barədə özünün Tvitter hesabında məlumat paylaşıb:

“Bir müddət öncə vəkili olduğum və 18 həbs, iki il sürgünə məhkum edilmiş şəxsin dosyesini araşdırmaq üçün Evin zindanında yerləşən Şəhid Müqəddəs Məhkəməsinə getdim. Elə fikirləşirdim ki, çox böyük dosye ilə qarşılaşacağam. Lakin dosye yalnız 32 səhifədən ibarət idi və onun bəndlərinin birində yazılmışdı ki, “müttəhəm öz xatirə dəftərində latin əlifbasında türkcə xatirələrini yazıb. Bu isə onun ölkənin rəsmi dilindən imtinasını göstərir…”

Sina Yusifi paylaşdığı postda həmin azərbaycanlı məhbusun kimliyini bildirməsə də, ona qarşı edilən irqçilik və zülmü ifşa edib.

Qeyd edək ki, İran rejimi Azərbaycan Türk Millətini bir millət kimi məhv etmək məqsədilə təsəvvürə gəlməz irqçilik tətbiq edir.

Həmçinin yoxlayın

Molla rejimi böyük şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib

GADTB: Son günlər yayılan məlumatlara görə, Tehran və digər iri şəhərlərdə təhlükəsizlik vəziyyətində nəzərəçarpacaq dəyişikliklər …

Barnea: Mossadın missiyası İranda “rejim dəyişənədək” davam edəcək

Gadtab: İsrailin xüsusi xidmət orqanı Mossadın rəhbəri David Barnea bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti …