Şənbə , Noyabr 27 2021
azfa

İran rejiminin ETTELAAT qüvvələri azərbaycanlı vəkilin evində axtarış apardı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın ETTELAAT İdarəsinin 10 məmuru avqustun 25-də “Mərkəz” və “Məhbusların Hüquqlarını Müdafiə” dərnəklərinin üzvü, vəkil və hüquqşünas Məhəmmədrza Fəqihinin evinə hücum edərək, axtarış aparıblar.

Məmurlar heç bir məhkəmə qərarı göstərmədən azərbaycanlı vəkilin evində axtarış aparıb, ona məxsus iki mobil telefon, kompüterin hard diski və bir sıra sənədləri özləri ilə aparıblar.

Bununla bağlı vəkil Səid Xəlili bildirib ki, Məhəmmədrza Fəqihinin ailəsinin istəyi ilə Tehranın Evin zindanına gedib. Zindan məsulları onu giriş qapısında qarşılayıb və deyiblər ki, Məhəmməd Rza Fəqihi üçün vəkil qəbul edilmir, zaminə də buraxılmayacaq.  

Qeyd edək ki, avqustun 14-də ETTELAAT darəsinin məmurları vəkillər Məhəmmədrza Fəqihi, Arəş Keyxosrəvi, Mustafa Nili və Leyla Heydərini, eləcə də mədəni fəallar Mehdi Mahmudian və Məryəm Əfrafərazini yaxalayəblar.

İran adlanan yerdə Xameneinin vaksin idxalı qadağası ilə bağlı koronavirusdan ölənlərin sayının faciə həddinə çatmasından narahat olan vəkillər və mədəni fəaqlların  Amerika və Britaniya vaksinlərinin ölkəyə idxalını qadağan edən Xamneiyə qarşı birgə şikayət məktubu hazırladığı bildirilir. İrqçi fars rejim sırf bu haqq işə görə onları həbs edib.

Qeyd edək ki, Məhəmmədrza Fəqihi bir sıra azərbaycanlı milli-mədəni fəallara vəkillik edib.

Həmçinin yoxlayın

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …

İran qüvvələri İsfahanda etirazlara atəş açdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gündür davam edən etirazlar İsfahan Xürrəmabadda …