Çərşənbə axşamı , İyun 25 2024
azfa

İran rejiminin həbs etdiyi azərbaycanlı fəal Melika Qaragözlü qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Əllamə Təbatəbayi Universitetinin jurnalistka fakültəsinin öyrəncisi, azərbaycanlı öyrənci fəalı Melika Qaragözlünün həbsindən 36 gün keçməsinə baxmayaraq, hələ də  qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır.

Melika Qaragözlünün vəkili Məhəmmədəli Kamfiruzi müvəkkilinin həbsinin qanunsuz olduğunu və insan haqları prinsiplərinin kobudca pozulmasına yol verildiyi bildirilir.

Məhəmmədəli Kamfiruzi deyib: “Melika Qaragözlünün psixi və fiziki durumu yaxşı deyil. Ona qarşı ağır qondarma ittihamların irəli sürüldüyü görünür”.

Vəkilin dediyinə görə, bu günə kimi Qaragözlü ailəsinin Evin zindanının prokurorluğuna müraciətləri cavabsız qalıb.

Məhəmmədəli Kamfiruzi, Məleykə Qaragözlünün həbsinin əvvəldən qanunsuz olduğuna bir daha diqqət çəkərək, onun barəsində araşdırmaların sona çatmasına baxmayaraq ittihamları barədə açıqlama verilməməsini ikiqat qanun pozuntusu adlandırıb.

Vəkil Melika Qaragözlünün sağlıq durumunun aır olduğunu və baş verəcək bütün xoşagəlməz hadisələrə görə İran məhkəmə sisteminin məsuliyyət daşıdığı barədə xəbərdarlıq edib: “Bu günə kimi dəfələrlə Məleykə Qaragözlünün ailəsi 10 dəfə Evin prokurorluğuna gediblər. Bir neçə dəfə onlara övladlarının girov qarşılığında müvəqqəti azadlığa buraxılacağını bildiriblər. Ancaq ailənin girovu hazırladığından sonra məsullar qərarın dəyişdiyini iddia ediblər”.

Qeyd edək ki, Melika Qaragözlü 13 iyulda məcburi hicaba etiraz olaraq yaylığını başından açıb atdığı videonu paylaşdıqdan sonra İranın ETTELAAT məmurları tərəfindən həbs edilib.

Bundan öncə isə Melika Qaragözlü 2019-cu ilin noyabrın 18-də Tehranda benzinin qiymətinin kəskin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlar zamanı tutulub 6 ay həbsə məhkum edilsə də, dekabrın 1-də  600 milyon riallıq vəsiqə girovu qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Qəzvin bölgəsində avtomobil şirkətinin aldadılmış səhmdarları etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Qəzvin bölgəsində müflis olmuş “Rezayət …

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Əbülfəz Elçibəyin məzarını ziyarət etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …