Çərşənbə , Mart 3 2021
azfa

İran rejiminin həbs etdiyi azərbaycanlı siyasi məhbus Yusif Kari aclıq aksiyasına başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbil zindanında həbsdə saxladığı azərbaycanlı siyasi məhbus Yusif Kari zindanın nəzarətçisi Sepehrinin təhqirlərinə etiraz etdiyi üçün 8-ci karantin bəndinə köçürülüb.

Azərbaycanlı milli-mədəni fəal zindanda hüquqlarının təmin edilməsi istəyi ilə yanvarın ayının 13-dən aclıq aksiyasına başlayıb.

Yanvarın 13-də Yusif Kari tibbi məzuniyyət istədiyi üçün Sepehri onu öz kabinetinə çağırıb, həmin fəalın başqa siyasi məhbuslara qarşı nalayiq ifadələr işlədib.

Qeyd edək ki, Yusif Kari 2020-ci il noyabr ayının 30-da Ərdəbil zindanında koronovirusun yayılması barədə məlumat vermişdi. Koronovirusun yayılması xəbərindən sonra Yusif kari zindanın 7-ci bölməsindən 1-ci bölməsinə köçürüldü.

Son zamanlar onların bölməsində koronavirus infeksiyası yayıldığı üçün azərbaycanlı siyasi məhbuslardan Abbas Lisani, Vasiqi qardaşları və Yusif Karinin korona xəstəliyinə tutulduğu bildirilirdi.

Yusif Kari 2019-cu il sentyabrın 3-də mülki geyimli şəxslər tərəfindən yaxalanmışdır. O sonralar rejimin Ərdəbildə yerləşən rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsində 6 il həbs cəzasına məhkum edilmişdi. Lakin həbs qərarı Apellyasiya Məhkəməsi tərəfindən 2 ilə endirilib.

Həmçinin yoxlayın

Çin uyğur soyqırımını pərdələmək məqsədilə xüsusi alçaqlıqla uyğur qadınları şərləmə kampaniyasına başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çinin Şərqi Türküstandakı Uyğurlara qarşı etdiyi soyqırım üzündən …

Kərəmlı necə Kreml oldu?

GADTB: 1367-ci sənənin yanvar ayının 5-də, şaxtalı bir günündə, səhər erkən Şamaxıda əyin-başlarına uzun boz …