Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Tehranda azərbaycanlı öyrənci fəalı həbs edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranda yaşayan öyrənci hərəkatı fəalı Yaşar Tohidi iyunun 7-də barəsində çıxarılan həbs cəzasını çəkmək üçün Tehranın Evin zindanına aparılıb.

Azərbaycanlı öyrənci fəalı Tehran İnqilab Məhkəməsi tərəfindən “Marsksist cərəyanlara üzv olmaqla ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq” ittihamı ilə 3 il 5 ay həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, Yaşar Tohidi 23 iyun 2021-ci ildə İranın ETTELAAT İdarəsinin məmurları tərəfindən yaxalanaraq Evin həbsxanasının təhlükəsizlik orqanının nəzarətində olan təcridxanasına köçürülüb.

Azərbaycanlı öyrənci fəalı 12 gün dindirildikdən sonra 500 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılmışdı. O, bundan öncə də dinc fəaliyyətlərinə görə dəfələrlə həbs və təzyiqlərlər qarşılaşmışdır.

Həmçinin yoxlayın

Təbrizin mərkəzində ermənilər üçün təmin olunan hüquq, azərbaycanlılar üçün illərdir əlçatmaz arzu – VİDEO

GADTB: Təbriz – siyasətin beşiyi və Azərbaycanın ürəyi – acı və danılmaz bir paradoksun şahididir: …

Təbriz uşaqlarının dil kimliyinin dövlət televiziyası vasitəsilə təhrif edildi – VİDEO

GADTB: Məktəblərin açılması ərəfəsində Təbrizin Kula-Fərəngi malikanəsindən uşaqlar üçün xüsusi proqramın canlı yayımlanması Azərbaycan türklərinin …