Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İran səfirliyə terror hücumu ilə bağlı heç bir məlumat vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı yaralanan mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanovun vəziyyəti yaxşıdır.

O qeyd edib ki, yaralıların müalicəsi xəstəxanada davam etdirilir.

Terror hücumu ilə bağlı istintaqın gedişinə gəlincə, nazirlik sözçüsü bildirib ki, rəsmi Tehran bununla bağlı Azərbaycan tərəfinə heç bir məlumat vermir:

“İstintaqın gedişi ilə bağlı bizdə hansısa informasiya yoxdur”.

Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Həmçinin yoxlayın

Molla rejimi nüvə məsələsində mövqeyindən geri çəkilmədiyini bildirir

GADTB: İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, son hadisələrə və …

Netanyahu: “Bu gün Mossad, İsrail ordusu və hərbi kəşfiyyata verdiyim tapşırıq İran İslam Respublikası rejimini devirməkdir”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …