Cümə axşamı , Oktyabr 22 2026
azfa

İran saytı İranın Ermənistanla birlikdə Azərbaycana zərbə vurduğunu yazıb

GASDTB: Daim Azərbaycan əleyhinə kəskin mövqeyi ilə seçilən İranın “Tahririeh” saytı yazır:

“İran və Ermənistanın müştərək avtomobil istehsalı ilə “Bakı rejiminə” qarşı yeni və planlaşdırılmış zərbəsi ölkəyə dövlət siyasətindən kənar və özəl sektora diqqət yetirməklə ölkəmiz üçün imkanlar yarada və İranın Bakıda, Afrikada, Cənubi Amerikada, Şərqi Avropada və s. ölkələrdə keçmiş avtomobil zavodlarının taleyini yaşamamasına səbəb ola bilər ki, bunun üçün də keçmişdə zərərli nəticələr verən səhvlər təkrarlanmamalıdır.

İran Ticarətin İnkişafı Təşkilatının sədri Əlirza Peymanpak Avrasiya ölkələrinə ixrac etmək məqsədi ilə İran və Ermənistan arasında birgə avtomobil istehsal xəttinin yaradıldığını bildirib və deyib:

– Ermənistan Avrasiya ölkələrindən biridir və həmin ölkələrə ticarət tarifləri ödəmir, ona görə də biz bu fürsətdən maksimum yararlanmağa ümid edirik.

 – Ermənistana 200 ədəd avtomobilin ixracı ilə bağlı sifariş verilib və birinci mərhələdə avtomobil ixracı pilot və sınaq xarakterli olub və bunun nəticələrini gözləyirik.

 – tərəfimizdən bu işə cəlb ediləcək şirkətlər və maliyyə bazaları da müəyyən edilib və biz tezliklə sazişi imzalamaq və Ermənistanla barter əməliyyatları aparmaq üçün bu ölkəyə səfər edəcəyik”./ Azad İran

Həmçinin yoxlayın

ABŞ-ın dəniz blokadasının təzyiqi ilə İranın “kölgə donanması”ndakı neft ehtiyatları tükənir

GADTB: “The Wall Street Journal” qəzetinin yeni hesabatı göstərir ki, İranın Cənub-Şərqi Asiya sularında yerləşən …

Molla rejimin SEPAH terror təşkilatı müharibəni regionda genişləndiriləcəyi ilə hədələdi

GADTB: SEPAH terror təşkilatının sözçüsü Hüseyn Möhibbi region ölkələrini müharibənin əhatə dairəsini genişləndirməklə hədələyib. O, …