İran şirkətləri Ermənistana dəvət edildi

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İran Ermənistanda Texnologiya İnnovasiyaları və İxrac Evi açaraq, texnologiya bazarını bu ölkədə aidiyyatı qurumların da köməyi ilə canlandırmağa çalışır.

Artıq bir neçə ildir ki, İran prezidentinin elm və texnologiya üzrə müavininin dəstyi ilə elmə əsaslanan məhsulların qlobal bazarını inkişaf etdirmək üçün digər ölkələrdə İranın Texnologiya İnnovasiyaları və İxrac Evləri yaradılır.

Bu mərkəzlər indiyə qədər Rusiya, Türkiyə, Çin, Suriya və Keniyada yaradılıb. Yaxın vaxtlarda isə belə bir mərkəzin Ermənistan və İraqda da fəaliyyətə başlayacağı planlaşdırılır.

Xatırladaq ki, son vaxtlarda İran hakimiyyəti Ermənistanla hərtərəfli əlaqələrini genişləndirmək üçün necə deyərlər dəridən-qabıqdan çıxır. İrəvan liderləri də Tehranla hərtərəfli əlaqələr qurmaqda istəklidir. Azərbaycan və Türkiyənin bölgədə söz sahibi ölkələr olmasını sinirə bilməyən İran-Ermənistan cütlüyü bölgənin sabitliyini və region ölkələrinin mənafeyini nəzərdə tutan Zəngəzur dəhlizinin yaradılmaması yönündə məkili planlarını həyata keçirmək üçün bu koridora tam ziddiyyət təşkil edən Cənub-Şimal dəhlizi layihəsini irəli sürüb.

Həmçinin yoxlayın

Molla rejimi qoşaçaylı Yəqub Kərimipuru edam edib

GADTB: Hökumətə yaxın media orqanları Qoşaçay (Miyandab) sakini, türk əsilli və Goran məzhəbinə mənsub Yəqub …

Nobitex-in İranın hakim dairələri ilə dərin əlaqələri üzə çıxdı

GADTB: Reuters agentliyi İranın ən böyük kriptovalyuta birjası olan Nobitex ilə İslam Respublikasının keçmiş xarici …