Çərşənbə , Oktyabr 21 2026
azfa

PKK terrorçuları Türkiyənin qorxusundan ABŞ və Rusiyadan yardım istədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Suriyada yeni əməliyyat siqnalı verməsi PKK-YPG terror təşkilatını qorxuya salıb.

Pkk-nın Suriya uzantısı YPG-nin liderlərindən biri Nuri Mahmud türk ordusunun yeni antiterror əməliyyatı ilə bağlı təşkilatın mətbu orqanına danışıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın əməliyyat siqnalından sonra təşkilat daxilində artan qorxu və təşviş hər cümləsində hiss olunan baş terrorçu ABŞ və Rusiyadan kömək istəyib.

Mahmud Beynəlxalq qüvvələrin mümkün hər hansı əməliyyata qarşı çıxmasının vacib olduğunu bildirib: “Onsuz da hər gün Şəhba, Təl-Rıfat, Rəsulayn, Təl-Təmir, Qamışlı, Kobani, Malikiyyə və Ayn İsaya qarşı hava əməliyyatları keçirilir, haubitsa və tanklardan atəş açılır”.

O, türk dronlarının terrorçulara nəfəs almağa imkan vermədiyinə də diqqət çəkib:

“Kadrlarımız hər gün PUA-larla hədəfə alınır. İndi onların daha əhatəli əməliyyat planı var. Beynəlxalq güclər ABŞ-Rusiya qarantiyasını yerinə yetirməlidirlər. Lazım gələrsə, Türkiyəyə “dur” deməlidirlər”

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …