Cümə , Aprel 17 2026
azfa

İran Suriyanın mərkəzi bölgələrində Rusiya qüvvələrini əvəz edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriya İnsan Haqlarının Monitorinq Təşkilatı xəbər verir ki, İran Suriyadakı Rusiya qüvvələrinin Ukrayna müharibəsinə ezam edilməsindən istifadə edərək, bu ölkənin mərkəzi bölgələrində, xüsusən Həma vilayətinin cənubunda öz təsirini artırmağa başlayıb.

Mərkəzin aprelin 16-da verdiyi məlumata görə, Suriya ordusunun 47-ci briqadasının Həma vilayətinin cənubundakı “Cəbəl Mə’reyn” bölgəsində yerləşən bazası tamamilə terrorçu Sepah-ın Qüds qüvvələrinin ixtiyarına verilib.

Məlumata görə, sözügedən baza İrana bağlı qüvvələrin cəlb edilməsi və təlimi mərkəzinə çevrilib və son vaxtlarda bura strateji silahların və çox sayda qüvvələrin gətirilməsi müşahidə edilir.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi Səğər Qulamidən heç bir məlumat verilmir

GADTB: Səğər Qulami adlı 19 yaşlı Türkmən əsilli gənc xanım bir neçə ay əvvəl keçirilən …

İranın neft ixracının dayanmasına iki aya qədər davam gətirə biləcəyi deyilir

GADTB: “Reuters”in yaydığı məlumata görə, ABŞ-ın İran limanlarına gedib-gələn daşımaları məhdudlaşdırması nəticəsində ixrac dayansa belə, …