İran Türkiyə ilə döyüşmək üçün terrorçu Sepah-ı qiyamçı Haftara yardıma göndərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriyada diktator Bəşər Əsədi müdafiə edən İran, bu ölkəyə yerləşdirdiyi terror qruplaşmalarını Liviyada qiyamçı general Xəlifə Haftara kömək üçün göndərəcək.

Türkiyə mətbuatının yaydığı xəbərə görə İranın terrorçu İnqilabı Keşikçiləri (SEPAH) qiyamçı Haftar sıralarında döyüşmək məqsədi ilə bəzi İran dəstəkli terror qruplarına Əl-Bukemal adlı ərazidə təlim keçməyə başlayıb. Təlimlərin 3 ay davam edəcəyi güman edilir. Artıq 150 İran dəstəkli milisin düşərgəyə aparıldığı müəyyən edilibdir.

İran və onun dəstəklədiyi terror qrupları Suriyanın şərqində və paytaxt Dəməşqdə fəaliyyət göstərir. İranın diktator Əsədin ardından qiyamçı generala dəstək verilməsi diqqətdən yayınmayıb.

Qeyd edək ki, Türkiyə Liviyanın qanuni Sərrac hökumətinə dəstək verir. Rəsmi Ankaranın hərbi dəstəyi nəticəsində Liviya ordusu ölkənin böyük bir qismini qiyamçı Haftarın muzdlularından təmizləyib. Qiyamı general Haftara isə Birləşmiş Ərəb Əmirlikləri, Misir, Rusiya və Fransa hərbi dəstək verir.

Həmçinin yoxlayın

İranın neft depolama tutumu dolmaq üzrədir

GADTB: Tehran üzən anbarlara üz tutub və neft tankerlərini anbara çevirib. Yaxın günlərdə neft hasilatının …

Azərbaycanlı fəal Əyyub Şirinin qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edir

GADTB: Azərbaycanlı mədəni fəal Əyyub Şiri 11 fərvərdin 1405-ci il tarixindən etibarən saxlanılıb və hələ …

Bir cavab yazın