Cümə axşamı , May 7 2026
azfa

İran Urmiya gölünü qurutdu; Gölün yalnız 12 faizi qalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın azərbaycana qarşı düşmənçiliyi və Urmiya gölünə axan çayların qarşısını kəsdiyi üçün Güney Azərbaycanın incilərindən sayılan Urmiya gölünün yalnız 12 faizi qalır.

Şərqi Azərbaycan Regional Su İdarəsinin avqustun 6-da yayılan rəsmi statistikasına əsasən, Urmiya gölünün suyu ekolojik vəziyyətlə müqayisədə 88% azalıb.

Məlumatda bildirilir ki, Urmiya gölünün səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 42 sm azalaraq 1270,44 -ə çatıb.

Hesabatda qeyd olunub ki, gölün genişliyi keçən ilin eyni vaxtı ilə müqayisədə 814,44 kvadrat kilometr azalıb.

Sonda məlumatda qeyd olunub ki, Urmiya gölünün suyunun həcmi təkcə ötən 1 il ərzində 1,31 milyard kub metr aşağı düşüb.

Qeyd edək ki, İran qəsdən Urmiya gölünü qurudub Güney Azərbaycanı xarabaya çevirdiyi halda Körfəz və Xəzərdən fars çöllərinə su çəkməklə çölləri abadlaşdırmağa çalışır.

Həmçinin yoxlayın

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …

İraq Türkiyədən hava hücumundan müdafiə sistemləri alır

GADTB: İraq neft yataqları və diplomatik nümayəndəlikləri qorumaq məqsədilə Türkiyədən 20 ədəd hava hücumundan müdafiə …