Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

İran və Ermənistan hərbi əməkdaşlığı gücləndirir

GADTB: İran İslam Respublikasının və Ermənistanın müdafiə nazirləri Tehranda keçirilən görüşdə iki ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Ermənistanın müdafiə naziri Suren Papikyanın Tehrana səfəri çərçivəsində, o, çərşənbə axşamı səhər saatlarında İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Əziz Nəsirzadə tərəfindən rəsmi şəkildə qarşılanıb.

Görüş zamanı tərəflər müdafiə sahəsi daxil olmaqla müxtəlif istiqamətlər üzrə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. İranın müdafiə naziri bildirib ki, İran İslam Respublikası ilə Ermənistan arasında müdafiə əlaqələri inkişaf mərhələsindədir və hərbi-müdafiə əməkdaşlığı bundan sonra da davam etdiriləcək. O, həmçinin bu sahədə əlaqələrin tarixi keçmişinə toxunub.

Tehranla İrəvan arasında hərbi əməkdaşlığın genişlənməsi fonunda, son illərdə İranın Qarabağ müharibələri zamanı Ermənistana logistik və siyasi dəstək göstərməsi ilə bağlı çoxsaylı məlumatlar yayılıb. Bildirilir ki, İran Ermənistanın ərazisi və imkanlarından Azərbaycana qarşı təzyiq və zərbə vasitəsi kimi istifadə edib və bu yanaşma regiondakı münasibətlərdə gərginlik yaradan əsas amillərdən biri olaraq qalır.

Qeyd edilib ki, son illərdə İran və Ermənistan müxtəlif siyasi, iqtisadi və təhlükəsizlik sahələrində münasibətlərini möhkəmləndirib və müdafiə danışıqları bu strateji qarşılıqlı əlaqələrin vacib hissəsi hesab olunur.

Həmçinin yoxlayın

Səhənd stadionu “Traxtur” komandasına verilir

GADTB: Təbrizin 70 min nəfərlik Səhənd stadionu “Traxtur” İdman Klubuna verilir. Bu haqda İran İdman …

İran zindanlarında məhbuslar çörək dilənirlər

GADTB: “Iran Wire” nəşri Tehran və Evin zindanlarında qida çatışmazlığı və məhbusların istismarı ilə bağlı …