Cümə axşamı , Oktyabr 24 2024
azfa

İran Xarici İişlər Nazirliyi: “Azərbaycanın Tehrandakı səfirliyi tezliklə yenidən açılacaq

GADTB: İran Xarici İişlər Nazirliyi bildirib ki, “Azərbaycanın Tehrandakı səfirliyi tezliklə yenidən açılacaq. İranın Bakıdakı yeni səfiri hələ təyin edilməyib”.

İran Xarici İşlər Nazirliyinin Avrasiya Departamentinin rəisi, nazir köməkçisi Müctəba Dəmirçilu “MizanOnline”a müsahibəsində Azərbaycanın İrandakı səfirliyinin yaxın günlərdə yenidən açılacağını və bu ölkənin səfirinin fəaliyyətə başlayacağını deyib: “Bunun yaxın 15-20 gün ərzində baş tutacağını gözləyirik”.

İranın Azərbaycandakı səfirinin hələ təyin edilmədiyinə işarə edən diplomat əlavə edib: “Səfirin təyin edilməsi uzun prosesdir, ona görə, öncə yeni hökumət fəaliyyətə başlamalı, sonra isə səfir təyin olunmalıdır”.

İranla region ölkələri arasında tarixi, sivilizasiya, mədəni, dini və etnik baxımdan çoxlu ortaq cəhətlərin, regional və beynəlxalq müstəvidə ümumi maraqların olduğunu bildirən nazir müavini qeyd edib: “Təbii ki, həm İranda, həm də Qafqaz ölkələrində hakimiyyətə gələn istənilən hökumət dostluq əlaqələrinin inkişafında maraqlıdır”.

“Biz İranda yeni 14-cü hökumətin də bu bölgəyə xüsusi diqqət yetirəcəyini gözləyirik və  münasibətlərin inkişafı üçün aydın perspektiv nəzərdə tuturuq”,-deyə Müctəba Dəmirçilu vurğulayıb./ Azad İran

Həmçinin yoxlayın

GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti sayın Mikayil bəy Oytanın “Reaksiya TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Türk ölkələri Azərbaycan və Qırğızıstan hərbi əməkdaşlıq planı imzaladılar

GADTB: Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qırğız Respublikasının müdafiə …