Güney Azərbaycan şəhərlərində təqaüdçülər etiraza qalxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Təbriz, Urmiya, Bicar və s. şəhərlərində rabitə sahəsində çalışmış narazı təqaüdçülər etiraz aksiyası keçiriblər.

Təbrizdə etirazçılar İranın Rabitə Nazirliyinin binası qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər.

Məlumata görə, təqaüdçülər ağır yaşayış şəraitinə və pensiyalarının vaxtında ödənilməməsinə etiraz ediblər.

Təqaüdçülər etirazlarını nümayiş etdirmək üçün “Təqaüdə çıxmış rabitə işçilərinə qarşı neçə illik zülmə son qoyun!”, “Təqaüdçülərlə bağlı konstitusiya tələblərini yerinə yetirin!” yazılı plakatlar da qaldırıblar.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …