Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

İran xarici işlər nazirinin terrorçu olduğu ifşa olunub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mayın 7-də İranın Xarici İşlər Nazirliyinin saytına haker hücumu nəticəsində İran xarici işlər nazirinin terrorçu olduğu ifşa olunub.

İfşa olunan məlumata görə, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Sepah terror təşkilatı və onun Qüds qanadının köhnə üzvlərindən biri olub və hazırda radikal və yarıhərbi terrorçu Bəsic qüvvələrinin fəal üzvüdür.

Haker hücumundan sonra XİN saytına bir neçə saatlığına giriş mümkün olmayıb. Hücum barədə xəbəri Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani təsdiqləyib.

Hakerlər hücumla bağlı yaydıqları məlumatda XİN-in 11 min işçisi və İranın xaricdə fəaliyyət göstərən diplomatları haqda məlumatları ələ keçirdikləri bildiriblər.

Haker qrupunun iddiasına görə, İranın Xarici İşlər Nazirliyinin 210 saytı və sistemi kiberhücum nəticəsində istifadəsiz vəziyyətə salınıb.

Xarici İşlər Nazirliyinin Bəsic Müqavimət Mərkəzinin bazalarının Mərkəzi Şura üzvləri, müşavirləri və komandirlərinin siyahısı, Xarici İşlər Nazirliyindəki “Kərbəla” Bəsic Təşkilatının siyahısı ələ keçirilən sənədlər arasındadır.

Qrup, Xarici İşlər Nazirliyinin məsul şəxslərinin telefon nömrələri, habelə onların sərəncamında olan avtomobillərin siyahısı, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin pasportunun şəkli, Hüseyn Əmirabdullahyanın Bəsic təşkilatında üzvlük kartının fotolarını yayıb.

Qeyd edək ki, İranda mühüm və həssas infrastrukturlara kiberhücumlar son illərdə əhəmiyyətli dərəcədə artıb.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …