İran yaxın həftələrdə neft saxlama imkanlarını itirə bilər

GADTB: İran Neft Nazirliyinin bir rəsmisi “The New York Times” qəzetinə bildirib ki, ölkə qarşıdakı 40–45 gün ərzində quruda və dənizdə mövcud neft saxlama imkanlarını tamamilə doldura bilər.

Məlumata görə, ixrac məhdudiyyətləri və satış marşrutlarının daralması səbəbindən Tehran hasil etdiyi nefti yerləşdirməkdə çətinlik çəkir. Bu vəziyyətin davam edəcəyi halda bəzi yataqlarda hasilatın azaldılması və ya tam dayandırılması gündəmə gələ bilər.

Rəsmi xəbərdarlıq edib ki, quyuların bağlanması bəzi hallarda neft yataqlarının istehsal gücünün uzunmüddətli və hətta daimi şəkildə azalmasına səbəb ola bilər. Son günlər yayılan digər məlumatlarda da İranın neft ehtiyatlarının sürətlə dolduğu qeyd olunur. / Azad İran

Həmçinin yoxlayın

Molla rejimi daxilində çəkişmə ABŞ ilə danışıqları çətinləşdirir

GADTB: “The New York Post” qəzeti yazır ki, İranda hakimiyyət uğrunda daxili mübarizə ABŞ ilə …

Molla rejimi Güney Azərbaycan şəhərlərində fəalları həbs etməkdə davam edir

GADTB: İrqçi fars-molla rejimi məmurlrı Güney Azərbaycan şəhərlərində fəalları həbs etməkdə davam edir. Son həftə …