Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

İran yenidən yalan iddialarla Azərbaycanı hədələdi

GADTB-nin Mətbuat Mərkəzinin ”Azad İran”a istinadən yaydığı məlumata görə, İran ordusunun Quru Qoşunları komandanı, briqada generalı Əmir Kiyumərs Heydəri qonşu ölkələrdən biri haqda hədə ilə danışıb və ad çəkmədən Azərbaycanda İsrail qüvvələrinin olduğu barədə köhnə ittihamları yenidən dilə gətirib.

O bildirib: “Mühüm və strateji şimal-qərb bölgəsində baş verən Qarabağ müharibəsi zamanı (2020-ci ildə 44 günlük müharibə) İranın Ali Baş Komandanının əmri ilə əldə etdiyimiz məlumatlara görə, “qeyri-legitim İsrail rejimi” qonşu ölkələrin birinin ərazisində fəaliyyət göstərib və regiondakı geosiyasi vəziyyəti dəyişməyi planlaşdırıb”.

“Həmin vaxt İran Silahlı Qüvvələri ölkənin şimalında hərbi təlimlər keçirdi. Biz iki vacib və strateji şərt irəli sürdük: Birincisi, biz regionun geosiyasətində dəyişikliklərə imkan vermərik. İkincisi, sionist rejimin əlaltıları bölgəni tərk etməlidirlər. Biz ərazidə qaldıq və bu iki şərt yerinə yetirildi”,- deyə general vurğulayıb.

Onun sözlərinə görə, İran regionda “sionist rejim”in fəaliyyətlərini müşahidə etməyə davam edir.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …