Çərşənbə , Oktyabr 21 2026
azfa

Xameneini məhkəməyə vermək istəyən vəkilləri İran rejimi məhkəməyə verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aprelin 16-da Tehranın İnqilam Məhkəməsinin 29-cu bölməsində azərbaycanlı vəkil Məhəmmədrza Fəqihi, eləcə də Mehdi Mahmudian, Arəş keyxosrəvi, Mustafa Nili və Məryəm Afərəfrazın məhkəmə iclası keçirilib.

Məhkəmə iclasında rejim göstərişi ilə vəkillərə qarşı ittiham dəyişdirilərək, onlar “Milli təhlükəsizlik əleyhinə cinayət törətmək üçün sui-qəsd” ittiham ediliblər.

Bununla da əvvəlki “Qrup yaradaraq hökumət əleyhinə təbliğat fəaliyyətləri” ittihamı  ləğv olunub və bildirilib ki, bütün ittihamlar yeni ittiham adı altında araşdırılacaq.

Qeyd edək ki, 2021-ci il avqustun 14-də azərbaycanlı vəkil Məhəmmədrza Fəqihi, eləcə də Arəş Keyxosrəvi, Mustafa Nili və Leyla Heydərini, eləcə də mədəni fəallar Mehdi Mahmudian və Məryəm Əfrafərazini Tehranda insan haqları mövzusunda, vətəndaşların koronavirusa qarşı peyvənd olunma hüquqları ilə bağlı keçirdikləri toplantıda İranın məmurları tərəfindən yaxalanmışdılar.

Vəkillər iki həftə ETTELAAT İdarəsinin təcridxanasında dindirildikdən sonra avqustun 28-də girov qarşılığında zaminə buraxılmışdılar.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …