Şənbə , Oktyabr 24 2026
azfa

İranda müəllimlər iki günlük etiraz tətilinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda minlərlə müəllim dekabrın 11 və 12-də tətil etirazı edəcək və hətta uzaqdan tədrisi də dayandıracaqlar.

Bir neçə gün öncə bütün İranı bürüyən müəllim etirazlarından sonra müəllimlərin işinə məclisdə baxılacağına söz verilib.

Müəllimlər qeyd edib ki, iki günlük etiraz mitinqindən sonra onların tələbləri yerinə yetirilməsə, onlar yenə də mitinqlərinə davam edəcəklər.

Xatırladaq ki, müəllimlər onların maaşlarının universitet müəllimlərinin aylıq maaşının 80%-dən az olmaması, əmək haqlarının bərabər olması, onlar arasında ayrıseçkilik qoyulmaması s. tələbləri irəli sürürlər.

“Azadİran”

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …