Çərşənbə , Aprel 22 2026
azfa

İranda polisi və lor əlaltıları Qaşqay türklərinə hücum edərək onları hədələyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Firuz Nərei Dərəşurinin evi və köçəri çadırı bu gün torpaq qəsbkarları və İranın polis məmurları tərəfindən hücuma məruz qalıblar. Onlar Qaşqay türklərinin örüşlərini qəsb etmək məqsədilə tıhdid edib və Qaşqay ailəsinin şəxsi əmlakı da qarət edilib.

Pol Zohre bölgəsində yerləşən polis postundan Qaşqay türklərinə xəbərdarlıq edilib: 100 kilometrə qədər ərazidə hətta bir türk qalmamalıdır.

Heliqan şəhərində Qaşqay türklərinin köçəri bölməsinin yaydığı bəyannaməyə görə, yuxarıda adıçəkilən Firuzun qızı Ülfət Heliqan bölgəsinin Təng-e-Cəfər bölgəsində yaşayan köçərilərdən biridir. O deyib: “Bizə hədə-qorxu gələrək dedilər ki, əgər Qaşqaylar sözügedən polis postunun müəyyən etdiyi 48 saat ərzində ərazini tərk etməsələr, güc tətbiq edəcəyik!”

 “Bizə dedilər ki, bu tarixdə bölgəni tərk etməsəniz, hamınızı öldürəcəyik!”

Bəyannamədə bildirilir ki, Qaşqay türklərinə yarana biləcək hər hansı təhlükə Qəçsaran (Qoç Koroğlu) şəhərinin məsul şəxslərinin üzərinə düşür.

Heliqanda müdafiəsiz Qaşqay xalqına qarşı vəhşiliyə son qoyun.

Həmçinin yoxlayın

Sepah terror təşkilatı Hörmüz boğazında iki gəmini hədəfə alıb

GADTB: Bu gün Sepah terror təşkilatı Hörmüz boğazından keçməyə cəhd edən Avropanın ən böyük gəmiçilik …

Paşinyan TRIPP üzrə işlərə bu il başlanılacağını deyir

GADTB: Ermənistanın Baş naziri Nikol Paşinyan əmindir ki, TRIPP layihəsi üzrə işlərə 2026-cı ildə başlanılacaq. …