GADTB: İranda casusluq ittihamı ilə həbs olunan Fərid Səfərlinin anası Dilarə Əsgərova “Musavat”a oğlu ilə əlaqə saxlaya bildiyini deyib.
“Oğlumla danışdıq, ona “möhkəm ol, dövlət səviyyəsində müdafiə olunacaqsan”, dedim. O da cavabında dedi ki, yaxşıdır. Mən kövrəldim danışanda. O, dedi mən möhkəməm, əsl sən möhkəm ol. Yaxşı olacaq hər şey. Mən ona təsəlli verməkdən, o mənə ürək-dirək verdi. Ağlamayacağıma söz vermişdim, , amma özümü saxlaya bilmədim”,- o, bildirib.
Anası əlavə edib ki, Fərid özünə əmindir: “Əminliklə dedi ki, heç bir günahı yoxdur. “Həmin maddə ilə ittiham olunmağıma heç bir səbəb yoxdur”, dedi. İnanıram ki, ədalətli qərar çıxarılacaq. Azərbaycan dövləti hazırda bu işlə ciddi məşğul olur. Vəkilin tutulması məsələsini də hökumət həll edəcək. Bəlkə də təyin olunub, yəqin ki, mənə məlumat verəcəklər. Onlar özləri Fəridlə əlaqə saxlayırlar. Konsulluqdan da Fəridlə müntəzəm danışılır. İnanıram ki, hər şey yaxşı olacaq”.