Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

İranda tutulan Fərid Səfərli danışdı: “Heç bir günahm yoxdur”

GADTB: İranda casusluq ittihamı ilə həbs olunan Fərid Səfərlinin anası Dilarə Əsgərova “Musavat”a oğlu ilə əlaqə saxlaya bildiyini deyib.

“Oğlumla danışdıq, ona “möhkəm ol, dövlət səviyyəsində müdafiə olunacaqsan”, dedim. O da cavabında dedi ki, yaxşıdır. Mən kövrəldim danışanda. O, dedi mən möhkəməm, əsl sən möhkəm ol. Yaxşı olacaq hər şey. Mən ona təsəlli verməkdən, o mənə ürək-dirək verdi. Ağlamayacağıma söz vermişdim, , amma özümü saxlaya bilmədim”,- o, bildirib.

Anası əlavə edib ki, Fərid özünə əmindir: “Əminliklə dedi ki, heç bir günahı yoxdur. “Həmin maddə ilə ittiham olunmağıma heç bir səbəb yoxdur”, dedi. İnanıram ki, ədalətli qərar çıxarılacaq. Azərbaycan dövləti hazırda bu işlə ciddi məşğul olur. Vəkilin tutulması məsələsini də hökumət həll edəcək. Bəlkə də təyin olunub, yəqin ki, mənə məlumat verəcəklər. Onlar özləri Fəridlə əlaqə saxlayırlar. Konsulluqdan da Fəridlə müntəzəm danışılır. İnanıram ki, hər şey yaxşı olacaq”.

Həmçinin yoxlayın

Sevginin anası 277 günlük mübarizə sonra övladı üçün Tehran Vətəndaşlıq Qeydiyyatı İdarəsindən doğum şəhadətnaməsi ala bildi

GADTB: Şimali Xorasan vilayətinin Şirvan rayonundan olan, Tehranın Bumehn şəhərində yaşayan xorasanlı türk ana 9 …

Britaniya: İran İslam Respublikasının nüvə silahı əldə etməsinə imkan verə bilmərik

GADTB: Britaniyanın baş naziri Endi Börnham bildirib ki, ölkəsinin hökuməti ABŞ və İsrailin İranla müharibəsinə …