Şənbə , İyul 27 2024
azfa

İrandakı 2022-23-cü il etirazları: Rejimin hələ də sağ qalma səbəbi

GADTB: Bu sualın cavabını qismən İslam Respublikasının institusional xarakterində, eləcə də rejimin böhranı xariclə əlaqələndirməsində, amansızlıqda və praqmatizmdə tapmaq olar.

“Arab Gulf States İnstitute” analitik mərkəzinin hesabatına görə, İrandakı diktatura Pəhləvi rejimindən çox yüksək dərəcədə mərkəzləşmişdir ki, bu da respublikanı daha sabit edir.

İranın ali rəhbəri hökumət bürokratiyasından və ya siyasi təsir və iqtisadi qazanclar uğrunda yarışan hakim elita fraksiyalarından ibarət çoxsaylı güc mərkəzləri arasında əsas güc mərkəzidir.

Ali rəhbər Xameneyi konstitusiya ilə möhkəmlənmiş diktator səlahiyyətlərini həyata keçirmək və öz üstünlüklərini tətbiq etmək əvəzinə, qərarların qəbulu prosesinə müxtəlif güc mərkəzlərini və hakim elitaları cəlb edir, özü isə son arbitr kimi çıxış edir.

Bu, nəinki təkcə daha yaxşı idarəçiliyi təmin edir və sistemi ali rəhbərin səhvlərindən qoruyur, həm də siyasətin uğursuzluğu halında məsuliyyət yükünü  və günahı  paylaşmağa şərait yaratmış olur. / Azad İran

Həmçinin yoxlayın

Arazdəyənin üzərində Azərbaycan Bayrağı dalğalanır

GADTB: Arazdəyənin üzərindəki strateji yüksəklikdə Azərbaycan bayrağı dalğalanır. Bu barədə məlumat və fotonu erməni vəkil …

“Türk əsri”ni qurmaq üçün bütün sahələrdə böyük səylər göstəririk

GADTB: İkinci Dünya müharibəsi qaliblərinin iqtisadi, siyasi, hərbi və diplomatik maraqlarını qorumaq üçün qurulan hazırkı …