Cümə , Oktyabr 16 2026
azfa

İranın 12 gün ərzində atom bombası istehsal edə biləcəyi deyilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Müdafiə Nazirinin müavini Kolin Kal Nümayəndələr Palatasında keçirilən görüş zamanı deyib İran təxminən 12 gün ərzində atom bombası hazırlamaq üçün lazım olan nüvə materiallarını istehsal edə bilər.

 “Biz JCPOA-dan çıxdığımız vaxtdan İranın nüvə proqramında əhəmiyyətli irəliləyiş olub. Əvvəlki hökumət 2018-ci ildə JCPOA-dan çıxmaq qərarına gələndə, İrana nüvə materialını istehsal etmək üçün təxminən 12 ay vaxt lazım idi. İndi isə təxminən 12 gün bəs edər”, – Kal deyib.

”Röyters”in məlumatına görə, 2015-ci ildə JCPOA nüvə sazişi bağlanarkən İranın atom bombası yaratmasına bir il qaldığı proqnozlaşdırılırdı.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …